"Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir" - İlham Əliyev

23:47 31.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır.

Hafta.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.

“Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.